Ukrayna ordusu Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib

  • By Ayshan
  • 09 Dekabr 2025 22:34

Ukrayna ordusu Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları ilə hücum edib.

Gununsesi.info  xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin məlumat verib.

O, Moskva regionu üzərində 4 PUA-nın vurulduğunu bildirib.

Rusiya paytaxtına dron hücumu nəticəsində Moskvanın Domodedovo və Jukovski hava limanlarında uçuşlar dayandırılıb. Bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi – “Rosaviasiya” məlumat yayıb.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə bu gün saat 14:00 ilə 20:00 arasında Rusiya üzərində otuz səkkiz PUA vurulub.

Bunlardan yeddisi Moskva regionu üzərində vurulub, onlardan dördünün paytaxta doğru uçduğu qeyd olunub. (apa)

Gununsesi.info