Ukrayna ordusu Rusiyanın 15 300 hərbçisini məhv etdi

  • By admin
  • 22 Mart 2022 13:49

Ukrayna Müdafiə Nazirliyi Rusiyanın indiyədək olan itkilərini açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, Ukrayna Müdafiə Nazirliyi artıq düşmənin 15 300-ə yaxın hərbçisinin məhv edildiyini bildirib.

Məlumata əsasən, Rusiya ordusu 509 tank, 1556 piyadaların döyüş maşını, 252 artilleriya qurğusu, 99 hərbi təyyarə, 123 hərbi helikopter, 70 yanacaq çəni olan avtomobil, 3 gəmi itirib.

Qeyd edək ki, bu gün Rusiya-Ukrayna müharibəsinin 27-ci günüdür.

Gununsesi.info