Ukrayna ordusu Rusiyanın kəşfiyyat təyyarəsini vurdu

  • By admin
  • 24 Fevral 2024 09:46

Ukrayna ordusu Qara dəniz yaxınlığında Azov dənizi üzərində uçan Rusiyaya məxsus A-50 tipli kəşfiyyat təyyarəsini vurub.

Gununsesi.info xəbər verir ki, Ukrayna sərhədində kəşfiyyat məlumatı topladığı düşünülən təyyarənin havada vurularaq yerə çırpıldıqdan sonra partladığı anın görüntüləri də ortaya çıxıb.

Ukrayna Müdafiə Kəşfiyyat İdarəsi sosial media hesabında “X”də yaydığı paylaşımda Rusiyanın AEW&C A-50 kəşfiyyat təyyarəsinin Azov dənizi üzərində vurulduğunu açıqlayıb.

Bildirilib ki, təyyarə bölgədə uzun mənzilli radar aşkarlama nəzarəti həyata keçirib və Ukraynaya mümkün hücumlar üçün kəşfiyyat məlumatları toplayıb.

Gununsesi.info