Ukrayna ordusu yaşayış məntəqəsini azad etdi

  • By admin
  • 22 Mart 2022 09:09

Ukrayna ordusu Nikolayev vilayətində 1 kəndi Rusiya hərbçilərindən azad edib.

Gununsesi.info UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşşenko özünün teleqram kanalında bildirib.

“Əsgərlərimiz düşməni cinahlardan mühasirəyə alıb və təmizləmə əməliyyatı həyata keçirib. Nəticədə işğalçılar itki verib, Ukrayna Silahlı Qüvvələrinin əsgərləri hərbi qənimətlər – texnika, silah və sənədləri ələ keçiriblər”, – o deyib.

Qeyd edilir ki, Rusiya hərbçiləri uşaq bağçasında gizlənib. Kəndin sakinləri, o cümlədən uşaqlar əvvəlcədən təxliyə olunub.

Rusiya ordusun itkiləri hələ dəqiqləşdirilməyib.

Gununsesi.info