Ukrayna ordusunda durum acınacaqlıdır

  • By admin
  • 21 Noyabr 2021 09:40

Ukrayna Silahlı Qüvvələrində şəxsi heyət ölkə rəhbərliyinə sədaqət prinsipi ilə işə götürülür.

Gununsesi.info  xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbi ekspert Anatoli Kravçuk çıxış edib.

“Silahlı Qüvvələrimiz təəssüf ki, çox siyasiləşib. Onlar insanları peşə prinsipi ilə deyil, partiyanın siyasi kursuna sadiqliyə görə seçirlər. Vəzifə nə qədər yüksəkdirsə, bu prinsip bir o qədər işləyir”, – Kravçuk söyləyib.

Onun sözlərinə görə, çağırışçılarla bağlı vəziyyət daha acınacaqlıdır:

“Onlardan qara işlərdə köməkçi qüvvə kimi istifadə olunur. Xidmətə çağırılanların təlimi və döyüş hazırlığı ilə heç kim məşğul olmur”.

Gununsesi.info