Ukrayna ordusundan ruslara SARSIDICI ZƏRBƏ

  • By admin
  • 15 Mart 2022 09:46

Gün ərzində Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qrupu Rusiyaya məxsus 4 helikopteri, 1 təyyarəni və 1 qanadlı raketi vurub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Rusiyanın Ukraynaya hücumu ilə bağlı yaydığı operativ məlumatında bildirilib.

“Ukrayna xalqının Rusiyanın hərbi işğalı ilə qəhrəmancasına qarşıdurmasının 20-ci günü başlayıb. Müdafiə qüvvələrinin vəziyyəti, mövqeyi və hərəkətlərinin xarakteri əhəmiyyətli dəyişməz olaraq qalır” – məlumatda deyilir.

Baş Qərargah hücumda iştirak edən işğalçı qüvvələrin bütün sahələrdə o qədər də uğur qazanmadığını bildirib: “Əsas səylər işğal olunmuş sərhədlərin qorunub saxlanmasına yönəlməkdə davam edir”.

Gununsesi.info