Ukrayna ordusundan ruslara daha bir ZƏRBƏ

  • By admin
  • 22 Mart 2022 11:31

Ukrayna Müdafiə Nazirliyi cəbhə bölgəsindəki son durumla bağlı məlumat yayıb.

Gununsesi.info-nun xəbərinə görə, nazirlikdən bildirilib ki, son sutka ərzində müdafiə qüvvələrinin mövqeyində və hərəkətlərinin xarakterində ciddi dəyişiklik olmayıb.

“Buna baxmayaraq, qoşunlarımız ruslara zərbə endirməkdə davam edib. Son 24 saatda qarşı tərəfin 1 təyyarəsi, 6 PUA-sı, 2 helikopteri, 14 tankı, 8 piyada döyüş maşını, 3 artilleriya sistemi, 300-ə yaxın canlı qüvvəsi məhv edilib. Həmçinin, Hərbi Hava Qüvvələrimiz qarşı tərəfin şəxsi heyətinə və texnikasına sarsıdıcı zərbələr vurub”, – məlumatda vurğulanıb.

Gununsesi.info