Ukrayna ordusundan ruslara havada SARSIDICI ZƏRBƏ

Ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsi rusların 10 hava hədəfini məhv edib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

HTML tutorial

“Ötən gün ərzində düşmənin 10 hava hədəfi məhv edilib: 2 Su-34 qırıcı-bombardmançı, 3 Su-34SM qırıcısı, 3 helikopter və 1 operativ-taktiki PUA”, – məlumatda deyilir.

Eyni zamanda qeyd edilir ki, vurulan daha bir təyyarənin növü və pilotların ölümü ilə bağlı məlumatlar dəqiqləşdirilir.

“Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin bölmələri rus ordusunun aviasiyasını havada nəzarəti tam ələ keçirməsi imkanından məhrum etmək üçün fəal fəaliyyətini davam etdirir”, – Baş Qərargah əlavə edib.

Gununsesi.info