Ukrayna-Polşa sərhədində 1300-dən çox yük maşını dayanıb

  • By ilhame
  • 11 Fevral 2024 15:12

Ukrayna və Polşa sərhədindəki keçid məntəqələrində etirazlar səbəbindən təxminən 1300-dən çox yük maşını növbədə dayanıb.

 

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib.

 

Onun sözlərinə görə, “Rava-Russkaya-Xrebnoye” və “Dorohusk-Yaqodin” keçid məntəqələri bağlanıb.

 

Demçenko aydınlaşdırıb ki, fevralın 11-də Polşa ərazisində Yaqodinin qarşısında 700, Rava-Russkayada 400 yük maşınından ibarət növbə yaranıb. Açılan “Medika-Şeqini” məntəqəsində isə 240 yük maşını dayanıb.

 

Demçenko qeyd edib ki, sərhəddə nəqliyyatın intensivliyi kifayət qədər aşağıdır.

Gununsesi.info