Ukrayna prezidenti Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb

  • By admin
  • 20 Fevral 2018 21:50

Ukrayna prezidenti Pyotr Poroşenko hərbi kabinetin iclası zamanı Donbasın reinteqrasiyası haqqında qanun imzalayıb.  

Gununsesi.info xəbər verir ki, sənəd rəsmi nəşr hesab olunan “Qolos Ukrainı” qəzetində dərc edildikdən sonra qüvvəyə minəcək.

Sənədin imzalanması zamanı P.Poroşenko bildirib ki, qanun Donbasın siyasi-diplomatik yolla Kiyevin nəzarətinə qaytarılması üçün  hüquqi mexanizmi təmin edəcək. P.Poroşenko müdafiə naziri və Baş Qərargah rəisinə ölkənin şərqində hərbi əməliyyatın formatının dəyişdirilməsi, habelə birləşmiş qüvvələrin komandanı vəzifəsinə namizədə dair təklifləri aprelin 1-dək hazırlayıb təqdim etməyi tapşırıb.

Gununsesi.info