Ukrayna prezidentinin ofisinin yaxınlığında qumbara ilə silahlanmış şəxs saxlanılıb

  • By admin
  • 01 Sentyabr 2020 22:26

Ukraynanın Kiyev şəhərinin hökumət binalarının yerləşdiyi kvartalında, ölkə prezidentinin ofisi yaxınlığında əl qumbarası ilə silahlanmış şəxs saxlanılıb.

Gununsesi.info-nun “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə Kiyev polisinin mətbuat xidmətindən bildiriblər.

Məlumatda bildirilir: “Hüquq-mühafizə orqanlarının əməkdaşları paytaxtın hökumət kvartalında əl qumbarası ilə silahlanmış şəxs saxlayıblar”.

Qeyd edilir ki, silahlı şəxsin saxlanılması ölkə prezidentinin ofisinin yerləşdiyi Bankova küçəsində həyata keçirilib.

 

Gununsesi.info