Ukrayna Putinin yaxın adamının yaxtasını satışa çıxarır

Rusiya Prezidenti Vladimir Putinin qızının xaç atası Viktor Medvedçukun yaxtası satıla bilər.
Gununsesi.info xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna Nazirlər Kabineti xaricdə ələ keçirilən aktivlərin satışına rəsmi icazə verib.
Aktivlərin İzlənməsi və İdarə Edilməsi Agentliyinin (ARMA) mətbuat xidmətindən bildiriblər ki, söhbət Xorvatiyada Medvedçuk ailəsinə məxsus 92 metrlik Royal Romance yaxtasından gedir.
Gununsesi.info