Ukrayna Qərb texnikasının əhəmiyyətli itkiləri səbəbindən taktikasını dəyişdi

  • By admin-2
  • 28 Sentyabr 2023 10:54

Ukrayna Silahlı Qüvvələri (döyüş taktikasını dəyişib, Qərb müttəfiqləri tərəfindən təhvil verilən hərbi texnika və silahların əhəmiyyətli itkiləri ilə üzləşib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunur ki, Ukrayna Silahlı Qüvvələri əks-hücumun əvvəlində çoxlu Qərb hərbi texnikasını itirib. Bu, Ukrayna əsgərlərini zirehli personal daşıyıcılarında cəbhə xəttinə gələn kiçik qruplarda tədricən irəliləməyə cəhd etməyə məcbur edib. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov nəşrə bildirib ki, “təəssüf ki, bizim hücumumuzun əksəriyyəti indi piyada həyata keçirilir”.

Qeyd edək ki, Ukrayna ordusu iyunun 4-dən əks-hücum əməliyyatlarına başlayıb. Sentyabrın 12-də Rusiya prezidenti Vladimir Putin bildirib ki, Kiyev bu vaxta qədər 71,5 min hərbi qulluqçu və 18,5 minə yaxın tank və digər zirehli texnika itirib. Müdafiə Nazirliyinin rəhbəri Sergey Şoyqu sentyabrın 26-da bildirib ki, təkcə bu ayda Ukraynanın itkiləri 17 min nəfəri keçib, əks-hücum isə əhəmiyyətli nəticə verməyib.

Səid Əhmədli
Gununsesi.info