Ukrayna qarşı tərəfin itkilərini açıqladı

  • By admin
  • 27 Fevral 2022 09:22

Ukrayna Rusiya tərəfinin son bir gün ərzində itkilərini açıqlayıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri komandanlığının mətbuat xidməti məlumat yayıb.

Belə ki, Rusiya tərəfi gün ərzində azı 11 müxtəlif tipli helikopter, üç Su-30SM qırıcısı, 2 Su-25 hücum təyyarəsi və İL-76MD hərbi maşınını itirib.

Həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24M bombardmançı təyyarəsi 20 hərbi texnikadan ibarət karvanı məhv edib.

“Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri “Bayraktar” PUA-sından istifadə edir”, – deyə məlumatda deyilir.

Gununsesi.info