Ukrayna rəsmisindən Azərbaycanın ərazi bütövlüyünə HÖRMƏTSİZLİK – VİDEO

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov “1+1” verilişində Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib.
Gununsesixəbər verir ki, Danilov canlı efirdə bunları deyib:
“Mən dəqiq bilirəm ki, Böyük Britaniya bunu etməyəcək, onlar bütün hallarda ABŞ-a xəyanət etməyəcəklər. Mən çox istərdim ki, demokratiyaya gedən yolda hansısa təbii qaz faktoru önə çəkilməsin. Ruslar öz məqsədlərinə çatmaq üçün hər şeyi edə bilərlər. Necəki onlar ermənilərə xəyanət etdilər və Azərbaycana imkan verdilər ki, öz torpaqları zənn etdikləri ərazilərə girsinlər”.
Şura katibi daha sonra bildirib ki, fikir verirsinizsə, bu gün ruslar Suriyaya da xəyanət edirlər:
“Orada xoşagəlməz proseslər gedir. Mən rusların öz müttəfiqlərinə qarşı etdiyi xəyanəti Avropanın bizə qarşı edəcəyini həqiqətən istəmirəm. Bunun baş verə biləcəyini də düşünmürəm. Çünki dünyanın əsas dövlətləri bunu izləyir”.

HTML tutorial

Gununsesi.info