Ukrayna rus ordusu ilə bağlı kəşfiyyat məlumatlarını yaydı

  • By admin
  • 17 Aprel 2022 09:34

Ukrayna Ordusunun Baş Qərargahı Rusiyanın yeni hücum planları ilə bağlı kəşfiyyat məlumatlarını yayıb.

Gununsesi.info Ukrayna mediasına istinadən xəbər verir ki, Rusiya Federasiyası silahlı qüvvələrinin bölmələrinin Kursk, Bryansk və Voronej vilayətlərindən Ukrayna ərazisinə hərəkəti davam edir:

“Əldə etdiyimiz kəşfiyyat məlumatlarına görə rusların Dəniz Piyadaları Korpusunun 810 və 155-ci ayrı-ayrı briqadalarının bölmələri dənizdən desant əməliyyatına hazırlanır. Hazırda bu məlumat dəqiqləşdirilir”.

Gununsesi.info