“Ukrayna Rusiya ərazisinə sabotaj qrupu göndərməyib” - KULEBA

  • By admin
  • 21 Fevral 2022 19:04

Ukrayna sabotaj aktları törətməyib.

Gununsesi.info-nun xəbərinə görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Twitter”də bildirib.

“Ukrayna Donetsk və Luqanska hücum etməyib, Rusiya sərhədinə sabotaj qrupları və ya zirehli hərbi maşınlar göndərməyib, Rusiya ərazisinə atəş açmayıb, Rusiya sərhəd-keçidi məntəqəsini atəşə tutmayıb, sabotaj hərəkətləri etməyib. Ukrayna belə hərəkətləri planlaşdırmır”, – qeyd olunub.

Qeyd edək ki, Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumata görə, 21 fevral 2022-ci il tarixində, Moskva vaxtı ilə saat 06:00 radələrində, Rostov vilayətinin Mityakinskaya qəsəbəsi ərazisində, Rusiya Federasiyasının Ukrayna Respublikası ilə dövlət sərhədinin kəsişməsində toqquşma baş verib. Nəticədə 5 ukraynalı hərbçi öldürülüb.

 

 

Gununsesi.info