Rəsmi Kiyev ukraynalıları dekabrda keçiriləcək referenduma və Rusiya ilə sülh danışıqlarına hazırlayır.
Gununsesi.info xəbər verir ki, bunu türkiyəli analitik Engin Özer deyib.
“Son bir neçə həftə ərzində Ukrayna administrasiyasına yaxın olan bəzi ekspertlərin və jurnalistlərin xalqı referenduma və sülh danışıqlarına hazırladıqları açıq şəkildə müşahidə olunub. Yəqin ki, dekabrın ortalarında danışıqlar başlayacaq və yeni ildə sülh sazişi imzalanacaq və ya münaqişənin dondurulması ilə bağlı qərar veriləcək”, – deyə Özer bildirib.
Analitik onu da xatırladıb ki, Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə sülh danışıqları üzrə referendumun keçirilməsini nəzərdə tutaraq, “müharibə ilə bağlı bəzi mühüm qərarların xalq tərəfindən qəbul edilməsinə” eyham vurub.
Bundan əvvəl Ukrayna prezidentinin ofisinin rəhbəri Andrey Ermak bildirib ki, Rusiyaya Ukrayna üzrə konfransa mümkün dəvət danışıqların başlanması demək deyil.
Eyni zamanda o qeyd edib ki, Kiyev danışıqlarda ərazi bütövlüyü və suverenliyi ilə bağlı kompromislərə hazır deyil.
İlhamə
Gununsesi.info