Ukrayna Rusiya ilə viza rejiminin tətbiqinə hazırdı

  • By admin
  • 12 Avqust 2016 12:47

ukrayna

Ukrayna Rusiya ilə viza rejiminin tətbiqi məsələsinə baxa bilər.

Gununsesi.info rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda Ukrayna xarici işlər naziri Pavel Klimkin bəyan edib. O bildirib ki, Rusiyadan gələnlərə daha çox nəzarət etmək lazımdır ki, vəziyyəti qarışdırmaq üçün səylər göstərəcək Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarını və digər xüsusi təyinatlıları süzgəcdən keçirmək mümkün olsun: “Rusiya bu təşəbbüsdən təbliğat arqumenti kimi istifadə edə bilər. Mediada yaşlı insanların və ya uşaqların öz yaxınlarını görə bilmədiklərinə dair xəbərlər dolaşacaq”, – deyə o vurğulayıb.

P.Klimkin əlavə edib ki, viza rejiminin tətbiq olunacağı halda Ukrayna konsulluqlarına əlavə 100 əməkdaş lazım olacaq.

 Gülnaz Qənbərli

Gununsesi.info