Ukrayna Sevastopoldakı qərargaha ötən həftə təşkil etdiyi raket hücumu nəticəsində Rusiyanın Qara Dəniz Donanmasının komandanı Viktor Sokolovun həlak olduğunu bildirilib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, həmin hücumda komandir də daxil olmaqla 34 nəfərin öldüyü, 105 rus əsgərinin yaralandığı bildirilib.
Ukrayna xüsusi təyinatlıları hücuma məruz qalan qərargahın təmir oluna bilməyəcəyini qeyd ediblər.
Gununsesi.info