Ukrayna Rusiya şirkətlərinə qarşı sanksiya tətbiq edib

  • By admin
  • 07 Noyabr 2017 21:26

Ukraynanın İqtisadi İnkişaf və Ticarət nazirliyi Rusiyanın 18 şirkətinə qarşı sanksiya tətbiq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə nazirliyin rəsmi saytında bildirilir.

Sanksiyalar Ukrayna ərazisində xarici iqtisadi fəaliyyətin müvəqqəti dayandırılmasını nəzərdə tutur. Qadağa siyahısına yeyinti sənayesi, tikinti materialları və avadanlıqları ilə məşğul olan şirkətlər daxil edilib.

Gununsesi.info