Ukrayna Rusiyanın İTKİLƏRİNİ AÇIQLADI

  • By admin
  • 14 Aprel 2022 13:12

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Gununsesi.info xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı məlumata görə, Rusiyanın 19 900-ə yaxın hərbçisi zərərsizləşdirilib.

Həmçinin Rusiyaya məxsus 753 ədəd tank, 1 968 ədəd zirehli döyüş maşını, 366 ədəd artilleriya sistemi, 115 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 64 hava hücumundan müdafiə sistemi, 160 ədəd hərbi təyyarəsi, 144 ədəd helikopteri, 1 437 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 134 ədəd dronu, 25 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Gununsesi.info