Ukrayna Rusiyanın BMT Təhlükəsizlik Şurası üzvlüyündən ümumiyyətlə çıxarılmasını təklif edir.
Bu barədə Gununsesi.info Ukrayna mediasına istinadən bildirir.
Rəsmi Kiyev hesab edir ki, əslində Rusiyanın TŞ, üzvü olmaq üçün son 30 ildə qanuni əsasları olmayıb.
Belə ki, SSRİ parçalandıqdan sonra Rusiyanın TŞ üzvlüyü BMT Baş Assambleyası tərəfindən təsdiq olunmayıb.
Məsələn Çexoslovakiya parçalandıqdan sonra Çexiya və Slovakiya BMT üzvlüyü üçün yenidən və ayrılıqda ərizə veriblər.
Britaniya bu ay BMT Təhlükəsizlik Şurasının qeyri-rəsmi iclasının internet yayımını bloklamışdı.
Rusiya tərəfindən aprelin 5-ə çağırılmış bu iclasda Ukrayna məsələsi müzakirə olunmalı və tədbirdə Rusiyanın uşaq haqları ombudsmanı – Mariya Lvova-Belova virtual çıxış etməli idi.
Haaqa məhkəməsi Lvova-Belovanı Ukraynadan uşaqların zorla Rusiyaya aparılmasında ittiham edir və onun barəsində də prezident Vladimir Putin kimi həbs orderi verilib.
Bu arada onu da qeyd edək ki, Rusiyanın XİN rəhbəri Serget Lavrov BMT-nin iclasına qatılmaya bilər. Belə ki, ABŞ Lavrova BMT-yə gəlməsi üçün viza verməkdən imtina edib.
Afət
Gununsesi.info