
Bu gün MDB-nin Bişkekdə keçirilən sammitində quruma sədrliyin 2017-ci il yanvarın 1-dən Rusiyaya keçməsi barədə qərar qəbul olunub.
Gununsesi.info-nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Ukraynanın Qırğızıstandakı səfiri Nikolay Doroşenko Rusiyanın xeyrinə verilmiş bu qərara etiraz etdiklərini bildirib.
O bəyan edib ki, Ukrayna hökuməti Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı 2014-cü ildə keçirilmiş referendumun nəticələrini tanımır.
Qeyd edək ki, sammitdə Azərbaycan prezidenti İlham Əliyev daxil olmaqla 6 ölkənin (Ermənistan, Belarus, Qazaxıstan, Rusiya və Tacikistan) lideri iştirak edir.
Gununsesi.info