Ukrayna Rusiyanın “Moskva” raketdaşıyan kreyserini vurub –Gəmidə yanğın başlayıb

  • By admin
  • 14 Aprel 2022 09:23

Ukrayna Silahlı Qüvvələri Qara dənizdə olan Rusiyanın “Moskva” raketdaşıyan kreyserini “Neptun” raketi ilə vurduğu barədə açıqlama yayıb. 

Gununsesi.info UNİAN-a istinadən bildirir ki, bu barədə Odessanın adminstrasiyanın rəhbəri Maksim Marçenko bildirib. O deyib ki, raketlə rus kreyseri vurulub. “”Neptun” raketi  rus gəmisinə ciddi ziyan vurub”-deyə məmur bildirib.

Zelenskinin Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç vəkil Mark Feyqinə müsahibəsində bildirib ki, “Moskva” kreyserində güclü yanğın var: “Kreyser bərk yanır. Orada 500 nəfərlik ekipaj var. Başa düşmürük nə olub? Matroslar qadağan olunmuş yerdə siqaret çəkiblər? Bəxtləri gətirmir”-deyə o istehza ilə bildirib.

Gununsesi.info