Rusiya ordusunun Ukraynada itirdiyi canlı qüvvəsinin sayı 400 mini ötüb.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları məlumat yayıb.
Məlumata görə, son 24 saat ərzində 1210 rus əsgəri öldürülüb və bundan sonra Rusiyanın ümumi itkiləri təxminən 400 min 3oo nəfərə çatıb.
Ukrayna əsgərləri Rusiyanın daha 39 zirehli döyüş maşını, 23 tank, 21 artilleriya sistemi, dörd operativ-taktiki pilotsuz uçan aparat, 13 qanadlı raket, 25 ədəd avtomobil texnikası və tankerləri və dörd ədəd xüsusi texnikanı məhv ediblər.
Gununsesi.info