Ukrayna Rusiyaya 1 milyon funt-sterlinq ödəyib

  • By admin
  • 21 Sentyabr 2017 20:07

dollar-nmsnk_3

Ukraynadan 3 milyard dollarlıq borcun tələb edilməsi məqsədilə Rusiyanın beynəlxalq məhkəməyə ərizə təqdim edərkən xərclədiyi 1,16 milyon funt sterlinq həcmində xərcin bir hissəsi Ukrayna tərəfindən ödənilib.

Gununsesi.info xəbər verir ki. bu barədə Rusiya Maliyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Qurumdan bildirildiyinə görə, rəsmi Kiyev London məhkəməsinin qərarını icra etməyə başlayıb. Həmin qərara əsasən, Ukrayna Rusiyadan aldığı 3 milyard dollarlıq borcu qaytarmalı və məhkəmə xərclərini ödəməlidir.

Əsas borcun ödənilməsi 2018-ci ilin yanvar ayına qədər təxirə salınıb. Həmin vaxt Ukrayna tərəfinin apellyasiya şikayətinə baxılacaq.

Gununsesi.info