
Ukrayna ordusu Rusiyanın 24 “Şahed” tipli pilotsuz uçuş aparatını (PUA) məhv edib.
Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri yazılı açıqlama yayıb. Açıqlamada Rusiya ordusunun gecə saatlarında Ukrayna ərazisinə İHA-larla hücumlar təşkil etdiyi bildirilib.
Açıqlamada 28 “Şahed” tipli PUA-dan 24-nün Ukrayna müdafiə qüvvələri tərəfindən havada məhv edildiyi bildirilib.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko özünün Telegram kanalında qeyd edib ki, gecə saatlarında Kiyevə PUA-dan hücum edilib.
Hücumun “Şahed” tipli PUA-larla həyata keçirildiyini bildirən Popko Kiyevin Solomyansk rayonunda çoxmərtəbəli binada dağıntıların baş verdiyini və yanğının baş verdiyini qeyd edib.
Popko, sözügedən rayonda baş verən hücum nəticəsində 2 nəfərin yaralandığını bildirib.
Gununsesi.info