Bir müddət əvvəl Rusiyanın paytaxtı Moskvada “casusluqla məşğul olmaqla” günahlandırılan “Ukrinform”un jurnalisti Roman Suşçenko həbs olunmuşdu.
Gununsesi.info “Milliyet” qəzetinə istinadən xəbər verir ki, bu gün isə Ukrayna Xarici İşlər Nazirliyi, Rusiyadakı Ukraynalı diplomatların Roman Suşçenko ilə görüşünə izin verilmədiyi üçün Rusiyanın Ukraynadakı Konsolo nazirliyə çağırılıb.
Ukrayna xarici işlər nazirliyinin sözçüsü Maryana Betsa bildirib ki, faktla bağlı Rusiya Xarici İşlər Nazirliyinə nota verilib. Amma nə Rusiya Federal Təhlükəsizlik Xidmətindən (FSB), nə də Rusiya Xarici İşlər Nazirliyindən verilən notaya heç bir reaksiya verilməyib.
Eyni zamanda Ukraynalı diplomat jurnalistin həbs olunmasıyla bağlı məsələyə aydınlıq gətirilməsinin vacibliyini vurğulayıb.
Rus insan hüquqları müdafiəçiləri isə bildiriblər ki, Ukraynalı jurnalist saxlanılarkən psixoloji təzyiqə məruz qalıb, hətta ona həyat yoldaşının axtarışına belə icazə verilməyib.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) verdiyi açıqlamada, Roman Suşçenko adlı jurnalistin, Ukrayna kəşfiyyatında “Polkovnik” olduğunu iddia edərək, “Rus ordusu və təhlükəsizlik xidmətlərinin fəaliyyətlərinə bağlı dövlət sirri statusundakı sənədləri toplarkən tutulduğu”nu vurğulayıb.
Anar
Gununsesi.info