Ukrayna səfiri Azərbaycanın energetika naziri ilə görüşdə nədən danışıb?

  • By ilhame
  • 20 İyun 2024 19:34

Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusyev Azərbaycann energetika naziri Pərviz Şahbazovla görüşüb.

 

Gununsesi.info xəbər verir ki, diplomat bu barədə “X”də yazıb.

 

“Azərbaycanın energetika naziri ilə məhsuldar görüşüm olub. Enerji sistemimizə göstərilən humanitar yardıma görə nazirə minnətdarlığımı bildirdim. Görüş zamanı ölkələr arasında enerji sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyət və perspektivlər müzakirə edilib”, – o bildirib.

Gununsesi.info