Ukrayna səfiri Azərbaycanı təbrik etdi - FOTOLAR

  • By admin
  • 19 Mart 2023 13:13

Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.

Gununsesi.info xəbər verir ki, diplomat bu barədə feysbuk səhifəsində paylaşım edib.

“Qardaş Azərbaycan xalqını dirçəlişi və yenilənməyi, bahar hərarətinin qışın soyuğu üzərində, xeyirin şər üzərində, həyatın ölüm üzərində qələbəsini simvolizə edən Novruz bayramı münasibətilə təbrik edirik! Bu bayramın həm də Ukrayna və mənim sarsılmaz həmvətənlərim üçün simvolik mənası var – biz mütləq rus şərinə qalib gələcəyik, işığın zülmət üzərində qələbəsini qeyd edəcəyik, Ukraynanın dostları əhatəsində ailə rahatlığı və səmimi görüşlərin xoşbəxtliyini hiss edəcəyik!”, – deyə səfirin paylaşımında qeyd olunub.

Gununsesi.info