Ukrayna Səfirliyi: Bu bizi son dərəcə sarsıtdı

  • By admin
  • 05 İyun 2021 09:51

“Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyinin feysbuk səhifəsində qeyd edilib.

“Azərbaycan vətəndaşları, o cümlədən AzTV və AZƏRTAC Xəbər Agentliyinin əməkdaşlarının həlakı barədə xəbər bizi son dərəcə sarsıtdı. Yaralananlara şəfa diləyirik. Təəssüflər olsun ki, Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir”, – deyə səfirlik qeyd edib.

Gununsesi.info