ABŞ Ukrayna üçün uzun mənzilli hava hücumundan müdafiə sistemləri axtarır, lakin S-400 sistemlərinin təchizatından söhbət gedə bilməz, çünki onlar yerli ordu üçün çox mürəkkəbdir.
Gununsesi.info xəbər verir ki, bunu Pentaqonun yüksək rütbəli rəsmisi bildirib.
“S-400-ləri kiminsə Ukraynaya təhvil vermə planlarından xəbərim yoxdur. Bu, daha mürəkkəb sistemdir. Bu, ukraynalıların necə istifadə edəcəyini bildiyi sistem deyil”, – rəsmi bildirib.
Qeyd edək ki, daha öncə ABŞ-ın Türkiyədən S-400-ləri Ukraynaya verməyi istədiyi barədə xəbərlər yayılmışdı.
Gununsesi.info