Ukrayna Saakaşvili ilə bağlı Gürcüstana müraciət etdi

  • By admin
  • 29 Dekabr 2021 11:10

Ukrayna Xarici İşlər Nazirliyi Gürcüstana müraciət edərək keçmiş prezident Mixeil Saakaşvilini hərbi hospitaldan həbsxanaya qaytarmamağa çağırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. XİN həm də Ukrayna vətəndaşı olan Saakaşviliyə hörmətlə yanaşmağa, onun həyatı və sağlamlığına təhlükə yaradan hərəkətlərə yol verməməyə çağırıb:

“Mixeil Saakaşvilinin əlavə reabilitasiyaya ehtiyacı var. Gürcüstan tərəfi ukraynalı həkimlərin müayinə etməsi üçün Mixeil Saakaşviliyə getməsinə icazə verməlidir”.

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, Ukraynanın Gürcüstandakı konsulu bu gün Qori Hərbi Hospitalında Mixeil Saakaşvilini ziyarət edəcək.

Gununsesi.info