Ukrayna sakinləri Zelenskiyə müraciət etdi

Ukrayna sakinləri ölkə prezidenti Vladimir Zelenskidən Rusiya ilə əməkdaşlığına görə Belarusla diplomatik münasibətləri kəsməsini xahiş ediblər.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, müvafiq petisiya ukraynalı liderin saytında qeydiyyatdan keçib.

“Belarus Respublikası ilə diplomatik əlaqələri kəsmək xahişi ilə sizə müraciət edirik. Bu çağırışın əsas səbəblərindən biri Belarus hakimiyyətinin Rusiya Federasiyasına fəal dəstəyi və əməkdaşlığıdır. Bu əməkdaşlıq təkcə iki ölkə arasında siyasi və iqtisadi əlaqələri gücləndirmir, həm də Ukraynanın milli təhlükəsizliyinə təhlükə yaradır”, – petisiyanın mətnində deyilir.

Petisiyanın müəllifi hesab edir ki, diplomatik əlaqələrin pozulması güclü siyasi addım və tərəfdaş ölkələr üçün bir siqnal olacaq.

Petisiya iyunun 26-da qeydiyyatdan keçib. Onun prezident tərəfindən baxılması üçün 25 min səs tələb olunur. İmza toplanışı daha 92 gün davam edəcək.

 

Gununsesi.info