Ukrayna seçicilərinin yarıdan çoxunu itirib

Davam edən hərbi münaqişə kontekstində Ukrayna seçkilərdə  seçicilərinin yarıdan çoxunu itirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Bloomberg yayıb.

“Ukrayna seçkilərini təxirə salmalıdır” başlıqlı məqalədə 32 milyon ukraynalı seçicinin  təxminən 8 milyonun xaricdə olduğu bildirilir. Yeddi milyona yaxını Rusiyanın yeni bölgələrinin ərazilərində yaşayır, daha iki milyonu isə birbaşa Rusiyaya köçüb.

Göstərilən nəticə 17 milyondur, bu isə seçicilərin 50%-dən çoxu deməkdir.

Məlumatda deyilir ki, belə bir şəraitdə Ukraynada 2024-cü ilin martında keçirilməli olan prezident seçkiləri “getdikcə qeyri-mümkün görünür”.

Qeyd edək ki, noyabrın 6-da Ukraynanın hazırkı prezidenti Vladimir Zelenski xalqa videomüraciətində deyib ki, indi ölkədə seçki keçirməyin vaxtı deyil. Onun fikrincə, dövlət qurumları müdafiə məsələlərinə diqqət yetirməli, enerji və zəhməti başqa işlərə sərf etməməlidir.

 

 

 

Tərcümə

Şəbnəm

Gununsesi.info