Ukrayna Sevastopola hücum etdi

Rusiya hərbçiləri bu səhər Qara dəniz donanmasına hücum edən 3 pilotsuz aparatı məhv ediblər.

Gununsesi.info xəbər verir ki, bunu Sevastopol qubernatoru Mixail Razvojayev deyib.

“Səhər tezdən donanmamız suüstü pilotsuz silahlı aparatların hücumunu dəf edib. Ümumilikdə 3 aparat məhv edilib. Aparatlar buxtaya daxil olmağa çalışıblar. Dənizçilərimiz onların hamısını atıcı silahlarla məhv edib. Eləcə də hava hücumundan müdafiə vasitələri də işləyib”, – qubernator bildirib.

 

Gununsesi.info