
Ukrayna ordusu Sevastopolda ruslara hücum edib.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, şəhərdəki rus Qaradəniz donanmasının qərargahına edilən hücum zamanı 9 nəfər öldürülüb.
Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb
Öldürülənlər arasında rus generallar da var. Ukraynanın qərargaha etdiyi hücum zamanı 16 nəfər yaralanıb.
Ukrayna ordusu rus qərargahını Fransa və İngiltərədən aldığı “Storm Shadow” raketləri ilə vurub.
Hücumdan sonra havaya dumanlar yüksəlib.
Hərbi dəniz qərargahının binası yerə uçub.
Tərcümə: Arzu