Ukrayna Silahlı Qüvvələri artıq Xersondadır? İlk FOTO və Prezident Ofisindən işarə… - YENİLƏNİB + FOTO

Ukrayna Silahlı Qüvvələrinin Xersona daxil olması barədə sosial şəbəkələrdə foto və məlumatlar paylaşılıb.

“Telegram” kanallarının verdiyi məlumata görə, müvafiq ilk foto Xersonun Şumen mikrorayonunda çəkilib.

HTML tutorial

Eyni zamanda Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak da öz “Telegram” kanalında 11.11.22 tarixini dərc etməklə eyham vurub.

13:08

Ukrayna Baş Qərargahı Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçən yaşayış məntəqələrinin sayını açıqlayıb.

Baş Qərargah noyabrın 11-i səhər saatlarına olan əməliyyat icmalında Xerson vilayətində 12 yaşayış məntəqəsinin Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçdiyini təsdiqləyib.

Məlumata görə, bunlar Dudçanı, Pyatixatki, Borozenskoye, Sadok, Bezvodnoye, İşenka, Kostromka, Krasnolyubetsk, Kalinovskoye, Bobrovı Kut, Bezimyannoye və Blaqodatnoye yaşayış məntəqələridir.

Gununsesi.info