Ukrayna şirkətləri Azərbaycana maraq göstərir

  • By admin
  • 25 Sentyabr 2016 22:33

1474826154

 

Ukraynada fəaliyyət göstərən Şevçenskiy zavod prodtovarov MMC və “Desna” qənnadı fabriki Azərbaycanda əməkdaşlıq əlaqələri qurmaqda və öz məhsullarının satışını həyata keçirməkdə maraqlıdır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Gununsesi.info-ya verilən məlumata görə, Şevçenskiy zavod prodtovarov MMC və “Desna” qənnadı fabriki ixrac üçün həm qablaşdırılmış, həm də çəki ilə satılan məhsullarının minimal qiymətinin əks olunduğu siyahılarını (Şevçenskiy Zavod Prodtovarov, Desna) əməkdaşlıqda maraqlı olan iş adamlarının və sahibkara təqdim edib.

Şirkətin məhsulları Böyük Britaniya, Almaniya, Gürcüstan, İsrail, Kanada, Livan, Moldova, Polşa, Rumıniya, ABŞ, Çexiya və Afrikanın bir sıra ölkələrinə ixrac olunur.

 

Gununsesi.info