Ukrayna Silahlı Qüvvələri separatçıların nəzarətində olan Luqansk respublikasının Lisiçansk əyalətinə zərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Çörək zavoduna endirilən zərbə nəticəsində yeddi nəfər ölüb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti daha əvvəl dağıntılar altından beş nəfərin cəsədinin çıxarıldığı barədə məlumat yaymışdı.
Xəsarət alanların sayı altı nəfərdir.
Gununsesi.info