“Ukrayna Silahlı Qüvvələri hücum əməliyyatlarını məhdudlaşdırır və strateji müdafiəyə keçir”.
Gununsesi.info xəbər verir ki, bunu ZDF telekanalına müsahibəsində Ukrayna Ordusunun Baş Komandanı Aleksandr Sırski deyib.
“İndi vəziyyəti çətin kimi qiymətləndirmək olar. Düşmən faktiki olaraq bütün cəbhə xətti boyunca irəliləyir və biz hücum hərəkətlərindən müdafiə əməliyyatı keçirməyə keçmişik”, – deyə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı bildirib.
O əlavə edib ki, Kiyev üçün müharibənin son məqsədi 1991-ci il sərhədlərinə çatmaq olaraq qalır. Bunun üçün hərbçinin fikrincə, Ukrayna birləşməli və öz silah istehsalını artırmağa başlamalıdır.
Gununsesi.info