Ukrayna Transxəzər nəqliyyat marşrutunda aktiv iştirakda maraqlıdır - BAŞ NAZİR

  • By admin
  • 27 Mart 2017 13:54
grossy_furer_2_650x410
Ukrayna Transxəzər nəqliyyat marşrutunda  aktiv iştirakda maraqlıdır.
Gununsesi.info “ukrinform”-a istinadən xəbər verir ki, bunu Ukraynanın baş naziri Vladimir Qroysman bu gün Kiyevdə  keçirilən GUAM-a üzv ölkələrin baş nazirlərinin toplantısında deyib.
“Biz Transxəzər beynəlxalq nəqliyyat dəhlizinə üzvlükdə həddindən artıq maraqlıyıq. Biz bu formatda   daha dərindən  əməkdaşlıq etmək istəyirik”- deyə, Ukraynanın baş naziri V. Qroysman  vurğulayıb.
Baş nazir in sözlərinə görə,  2014-cü ildə bu marşrut üzrə 400 vaqon yük Ulrayna ərazisindən keçməklə daşınıb:
“Amma 2016-ci ildə isə bu  rəqəm 3 min vaqondan artıq olub. Bu, hələ başlanğıcıdr. Bizim bu sahədə çox böyük potensilalımız var”.
Mürtəza
Gununsesi.info