
Ukraynanın fövqəladə hallar işçilərindən ibarət qrup zəlzələdən xilasetmə və orada təmizləmə əməliyyatlarında iştirak etmək üçün Türkiyəyə yola düşüb.
Gununsesi.info xəbər verir ki,
Ukrayna prezidenti Vladimir Zelenski bu barədə bildirib.
O deyib ki, Türkiyəyə gedən ukraynalı mütəxəssislər təbii fəlakətlərlə mübarizədə müvafiq təcrübəyə malikdirlər.
Prezidentin göstərişinə əsasən komanda 90-a yaxın xilasedicidən ibarətdir və itkin düşmüş insanları tapmaq üçün öyrədilmiş 10 axtarış-xilasetmə itindən ibarətdir.
Tərcümə:
Afət Abbasova
Gununsesi.info