Ukrayna və Moldova Avropa İttifaqı üzvlüyünə namizəd oldular

Ukrayna prezidenti Volodimir Zelenski sammitin qərarını alqışlayıb və onu “Ukrayna-Aİ münasibətlərində unikal an” adlandırıb Avropa İttifaqının sammitində Ukrayna və Moldovaya ittifaq üzvlüyünə namizəd statusu verilib. Gununsesi.info xəbər verir ku, bu barədə məlumatı Lüksemburqun baş naziri Ksavye Bettel və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel veriblər. Ukrayna prezidenti Volodimir Zelenski sammitin qərarını alqışlayıb və onu “Ukrayna-Aİ münasibətlərində unikal an” adlandırıb. Ukraynanın Avropa İttifaqındakı səfiri Vsevolod Çentsov Reuters agentliyinə deyib ki, bu, ilk növbədə Moskvaya verilən mesajdır: “Bu Mioskvaya siqnaldır ki, Ukrayna, habelə keçmiş Sovet İttifaqının başqa keçmiş respublikaları Rusiyanın nüfuz dairəsində qala bilməz”. Şarl Mişel iyunun 23-də bunu da deyib ki, Avropa İttifaqı Gürcüstanın “Avropa perspektivini” tanıyıb və Tbilisi bir sıra şərtləri yerinə yetirikdən sonra Gürcüstana da namizəd statusu veriləcək. Avropa Parlamentində Ukrayna və Moldovaya namizəd statusunun verilməsinə dair qətnamə 529 səs leyhinə, 45 səs əleyhinə olmaqla qəbul edilib. Beləliklə, Ukrayna və Moldovaya Avropa İttifaqı üzvlüyünə tamhüquqlu namizəd statusu verilib. Belə bir statusa Türkiyə və Qərbi Balkanların bir sıra ölkələri malikdir. Lakin Kiyev və Kişinyovla ittifaq arasında danışıqlar bu iki ölkə korrupsiya ilə mübarizə və qanunun aliliyi sahəsində bir sıra addımları atandan sonra başlanacaq. Aİ sammitindən başqa gözləntilər. Tunelin sonunda işıq İyunun 23-24-də Avropa İttifaqının Brüssel sammitində Ukrayna və Moldovaya namizəd statusunun verilməsi gündəlikdə duran əsas məsələdir. Aİ-nin 27 üzvü bu addımı dəstəkləməlidir və sammitdə bu qərara heç bir müqavimət gözlənilmir. Gürcüstana isə bildiriləcək ki, müəyyən şərtlər yerinə yetiriləndən sonra ona da namizəd status verilə bilər. Rusiya fevralın sonunda Ukraynaya hücuma başlayandan sonra Kiyev Aİ-yə üzvlük üçün rəsmi müraciət edib. Bundan sonra Moldova və Gürcüstan da oxşar addım atıblar. Avropa Komissiyası ötən həftə Ukrayna və Moldovaya namizəd statusunun verilməsini tövsiyə etdi. AzadAvropa/AzadlıqRadiosunun müxbiri Rokard Jozviak yazır ki, Ukrayna və Moldovanın iyunun 23-də axşam namizəd statusu alacağı gözlənir, amma üzvlük yolunda daha da irəliləməkdən ötrü bəzi şərtlər yerinə yetirilməlidir.

Gununsesi.info