Ukrayna və Rusiya arasında danışıqların dördüncü raundu baş tutacaq

Ukrayna və Rusiya Federasiyası arasında danışıqların dördüncü raundu “hüquqi formatlar” hazırlandıqdan sonra baş tutacaq. 

Gununsesi.info xəbər verir ki, bunu “Kommersant ”a müsahibəsində Ukrayna Prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.

O bildirib ki, bu cür formatlar yaxın gələcəkdə hazırlana bilər: “Qarşılıqlı hüquqi formatlar hazırlandıqdan sonra görüş təyin olunacaq (Danışıqların dördüncü raundu – red.). Bu, sabah, o biri gün ola bilər…”.

“Yəqin ki, artıq “sadəcə söhbət etmək” lazım deyil… Biz bütün məsələləri müzakirə etdik, indi bu məsələləri bəzi hüquqi formatlarda hazırlamağa çalışırıq…” – Podolyak əlavə edib.

Gununsesi.info