Ukrayna və Belarus müdafiə nazirləri arasında telefon danışığı olub

  • By admin
  • 14 Fevral 2022 16:57

Ukraynanın müdafiə naziri Aleksey Reznikovla belaruslu həmkarı Viktor Xreni arasında telefon danışığı olub.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Belarusun Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlər iki ölkə arasında dialoqu bərpa etmək istiqamətində danışıqlar aparıblar. Ukrayna müdafiə naziri həmkarını təhlükəsizlik məsələləri üzrə əməkdaşlığın intensivləşməsinə çağırıb.

 

Gununsesi.info