Ukrayna və Rusiya arasında danışıqlar başladı

  • By admin
  • 27 Fevral 2022 22:48

Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar bu dəqiqələrdə başlayacaq.

Gununsesi.info  xəbər verir ki, bu sözləri Xalqın Xidmətçisi fraksiyasından olan deputat Fedor Venislavski canlı efirdə deyib.

O bildirib ki, 20:30-a (Bakı vaxtı ilə 22:30) olan məlumata görə, nümayəndə heyəti artıq görüş yerinə yaxınlaşıb:

“Düşünürəm, görüş yaxın dəqiqələrdə başlayacaq və yaxud artıq başlayıb”.

Onun sözlərinə görə, görüşün nəticəsi yaxın 4-5 saat ərzində bilinəcək.

Gununsesi.info