Ukrayna “Visa” və “MasterCard”dan Rusiya və Belarus banklarını xidmətdən ayırmalarını istəyib

  • By admin
  • 28 Fevral 2022 18:17

Ukranya Maliyyə Nazirliyi “Mastercard”, “Visa”, “American Express” beynəlxalq ödəniş sistemlərində Rusiya və Belarus banklarını xidmətdən ayırmalarını istəyib.

Gununsesi.info xəbər verir ki, bunu maliyyə naziri Serhiy Marçenko “Facebook” səhifəsindən paylaşım edib:

“İndicə “Mastercard”, “Visa”, “American Express” şirkətlərinin rəhbərlərinə şəxsən müraciət edib Rusiya və Belarusun bütün banklarına xidmətləri dayandırmağı xahiş etdim. Belə bir vəziyyətdə sanksiyanın artığı-əksiyi ola bilməz. Həmin qərar verilsə, adıçəkilən beynəlxalq ödəniş sistemlərinə aid kartlarla əməliyyatlar mümkünsüz olacaq və kart sahibləri dünya maliyyə sistemindən tədric olunacaq”.

 

 

Gununsesi.info