Rusiyada hərbçilərin olduğu xəstəxanada partlayış - Onlarla rus hərbçi öldü

Ukraynanın işğal altındakı Novoaydar şəhərində yerləşən Rusiya hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış olub.

Gununsesi.info xəbər verir ki, bu barədə şəhərin yerləşdiyi Luqansk vilayətinin hərbi administrasiya rəhbəri Sergey Qayday özünün “Telegram” kanlında məlumat yayıb.

HTML tutorial

O bildirib ki, partlayış nəticəsində xəstəxanada müalicə alan onlarla rusiyalı hərbçi ölüb.

Rusiya partlayışa görə Ukraynanı ittiham edib. Müdafiə Nazirliyi iddia edib ki, Ukrayna ordusu xəstəxanaya HIMARS raket sistemi ilə zərbə endirib, nəticədə 14 nəfər ölüb, 24 nəfər yaralanıb.

Gununsesi.info